Dünyaca məşhur amerikalı rejissor və ssenarist Rocer Allers 76 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə kinoprodüser Deyv Bossert sosial şəbəkələrdə məlumat yayıb.
Bossert rejissorun ölüm səbəbini açıqlamayıb.
Rocer Allers 1950-ci ildə ABŞ-ın Nyu-York ştatının Ray şəhərində anadan olub. O, animasiyaya beş yaşında “Peter Pan” cizgi filmini izlədikdən sonra maraq göstərməyə başlayıb. Allers Harvardda animasiya üzrə kursları bitirib və daha sonra rejissor Stiven Lisbergerin studiyasında çalışmağa başlayıb.