Amerikalı rejissor və ssenarist Rocer Allers 76 yaşında dünyasını dəyişib.
Sitat.info xəbər verir ki, bu barədə kinoprodüser Deyv Bossert sosial şəbəkələrdə məlumat yayıb.
Rejissorun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Rocer Allersin rejissor kimi debütü “Şir Kral” cizgi filmində olub. Bundan başqa, Allers Disney studiyasında ssenarist kimi də fəaliyyət göstərib və “Ələddin”, “Gözəl və bədheybət”, “İmperatorun yeni macəraları” kimi məşhur layihələr üzərində çalışıb.