AZ

Altı ildə 818 uşaq

Yazını böyüt
Yazını kiçilt

2019-cu ildən bu günədək 818 uşaq övladlığa verilib. Onlardan 412-si oğlan, 406-sı qızdır.

Hafta.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında deyib.

Vüqar Behbudov qeyd edib ki, himayədar ailə qayğı modeli tətbiq olunduğu dövrdən - 2023-cü ilin noyabrından bu günədək 75 uşağın himayədar ailələrə yerləşdirilməsi barədə müqavilə imzalanıb. 2025-ci ildə isə 40 uşaq himayədar ailələrə verilib, onlardan 20-si qız, 20-si oğlan olub. Ötən il övladlığa verilən uşaqların sayı 149 olub, onlardan 71-i qız, 78-i isə oğlandır:

“Maraqlı bir faktı qeyd edim ki, övladlığa verilən uşaqlardan 3-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb. 2019-cu ildən bu günədək isə ümumilikdə 4 uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilib. Həmin şəxslər Almaniya, Serbiya və Rusiya vətəndaşları olub".

Seçilən
93
6
hafta.az

10Mənbələr