525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ötən il üç uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilib.
525.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 2025-ci il üzrə yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
V.Behbudov vurğulayıb ki, ümumilikdə keçən il üçün övladlığa verilən uşaqların sayı 149 olub, onlardan 71-i qız, 78-i isə oğlandır:
"Övladlığa verilən uşaqlardan 3-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb. 2019-cu ildən bu günədək isə ümumilikdə 4 uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilib. Həmin şəxslər Almaniya, Serbiya və Rusiya vətəndaşları olub".
Onun sözlərinə görə, 2019-cu ildən bu günədək ümumilikdə 818 uşaq övladlığa verilib:
"Onlardan 412-si oğlan, 406-sı qızdır. Himayədar ailə qayğı modeli tətbiq olunduğu dövrdən - 2023-cü ilin noyabrından bu günədək 75 uşağın himayədar ailələrə yerləşdirilməsi barədə müqavilə imzalanıb. 2025-ci ildə isə 40 uşaq himayədar ailələrə verilib, onlardan 20-si qız, 20-si oğlan olub".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.