AZ

Lerikdə 1 metrə yaxın qar yağdı - 80 kənd işıqsız qaldı

Ajans.az xəbər verir ki, Lerik rayonunun mərkəzinə 40 sm, dağlara isə 80 sm. hündürlüyündə qar yağıb. Güclü qar bir sıra problemlərə səbəb olub, elektrik enerjisinin verilişində fasilə yaranıb. Lerik Rayon Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov isə bildirib ki, hazırda Lənkəran-Lerik yolu açıqdır. Təbii qaz, su təchizatında hər hansı problem olmasa da, elektrik enerjisinin verilişində müəyyən fasilələr yaranıb. Səhər saatlarında 35/10 kv-luq hava xəttində nasazlıq aradan qaldırılıb. Amma hazırda 80 kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Günün sonuna kimi həmin kəndlərə enerji verilişinin bərpa olunması istiqamətində işlər aparılır.

Hazırda rayon ərazisində qarlı hava davam edir. (Mənbə APA)

Seçilən
84
17
Ajans.az

10Mənbələr