Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Lerik rayonuna yağan qar örtüyünün hündürlüyü 1 metrdən artıqdır".
Bu barədə Oxu.Az-a Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini - Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov deyib.

Komissiya sədri bildirib ki, hazırda qarın yağması davam edir:
"Rayonun mərkəzində qar örtüyünün hündürlüyü 60 santimetrdən artıqdır. Rayonun bəzi ucqar ərazilərində isə qarın hündürlüyü 1 metrdən çoxdur. Rayonun aidiyyəti qurumları səfərbər edilib, yollar qardan təmizlənir. Hazırda əsas yollarda avtomobillərin hərəkəti təmin edilib".
Samir Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.