AZ

Serbiya Prezidenti WUF13 də iştirak üçün Azərbaycana səfər edəcək EKSKLÜZİV

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Serbiya Prezidenti Aleksandr Vuçiç 13-cü Dünya Şəhərlər Forumunda (WUF13) iştirak etmək üçün mayın 17-də Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç bildirib.

O qeyd edib ki, səfərin dəqiq tarixi 17 maydır və bu, WUF13 çərçivəsində baş tutacaq.

Səfirin sözlərinə görə, Serbiya Prezidenti artıq tədbirdə iştirakını təsdiqləyib:

"Nümayəndə heyətinin tərkibi hələ mənə məlum deyil, amma o, iştirakını təsdiqləyib".

Qeyd edək ki, WUF13 konfransı 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Tədbir çərçivəsində ilk dəfə olaraq Liderlər Sammiti təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
9
hurriyyet.az

10Mənbələr