AZ

Serbiya Prezidenti Azərbaycana GƏLƏCƏK

Serbiya Prezidenti Aleksandr Vuçiç 13-cü Dünya Şəhərlər Forumunda (WUF13) iştirak etmək üçün mayın 17-də Azərbaycana səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Report.az"a Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç bildirib.

O qeyd edib ki, səfərin dəqiq tarixi 17 maydır və bu, WUF13 çərçivəsində baş tutacaq.

Səfirin sözlərinə görə, Serbiya Prezidenti artıq tədbirdə iştirakını təsdiqləyib:
 

"Nümayəndə heyətinin tərkibi hələ mənə məlum deyil, amma o, iştirakını təsdiqləyib".


Qeyd edək ki, WUF13 konfransı 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Tədbir çərçivəsində ilk dəfə olaraq Liderlər Sammiti təşkil olunacaq.

Bizim.Media

Seçilən
127
9
bizim.media

10Mənbələr