AZ

Xəstəxana Nigar Köçəriliyə cavab verdi: “Qeyri-etik yanaşmaları qəbul etmirik”

Son günlərdə sosial şəbəkələrdə xəstəxanamız haqqında paylaşılan iddialara cavab olaraq bildirmək istəyirik ki, məsələni ilk gündən diqqətlə araşdırmağa başlamışıq.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq “Liv Bona Dea” Xəstəxanasından məlumat verilib.  

Bildirilib ki, qeyd olunan məsələ ilə bağlı xəstə yaxınları ilə hospitalın baş həkimi şəxsən əlaqə saxlayıb, baş verən hallar ətraflı şəkildə müzakirə edilib:

“Qeyd edirik ki, xəstə əməliyyatdan sonra oyanma otağında tibbi protokollara tam uyğun olaraq nəzarətə götürülüb və ilkin mərhələdə müvafiq ağrıkəsici dərmanlar və anestezioloji preparatlar vurulub. Anesteziya təsiri altında olan xəstəmizin fiziki müayinə və ağrı kontrolu sonrası əsas müalicə həkimi ilə müzakirə edilərək klinik vəziyyətinə uyğun şəkildə epidural kateter tətbiq olunub. Tibbi müdaxilələr və əməliyyatın uğurla tamamlanması ilə bağlı müalicə həkimi xəstəmizin həyat yoldaşına da məlumat verib.

Xəstə anatomiyası və icra olunan əməliyyatın növü ağrı kontrolu prosesinin müddətinə təsir edir. Bu xəstəmizdə də ümumi əməliyyatxanadan yatış otağına göndərilməsi prosesi gözləniləndən daha çox zaman almışdır. Xəstə əməliyyatdan çıxdığı gün Anesteziologiya şöbəsinin rəhbəri tərəfindən yatış otağında müayinə olunmuş və ağrısının azladığı təsbit edilmişdir. Anestezioloqun ikinci günki müayinəsində xəstənin konfortu üçün epidural kateterin xəstəmizin çıxış edəcəyi ana qədər saxlanılması qərarı alınmışdır. Eyni zamanda xəstəmiz yatış otağında olarkən də məmnuniyyət şöbəmiz və baş tibb bacısı tərəfindən ziyarət edilmiş, şikayətləri dinlənilmiş və araşdırmalara başlanılmışdır.

Xəstəmiz xəstəxanadan sağalaraq evə çıxış etdikdən sonra araşdırmalarımızın nəticəsi baş həkimimiz tərəfindən həyat yoldaşına telefon zəngi vasitəsi ilə də məlumat verilmişdir. Aidiyyati şikayətlər və sosial media paylaşımları bizim üçün nə qədər üzücü olsa da xəstəmizin sağalaraq evinə yola salınması bizim ən böyük xoşbəxtliyimizdir. Yuxarıda qeyd olunanlar xaricində imicimizə zərər vurmağa yönəlmiş qeyri-etik yanaşmaların heç birini qəbul etməməklə bərabər iddiaların tərəfimizə hüquq müstəvisində rəsmi şəkildə yönləndiriləcəyi halda müvafiq orqanlara tibbi qeydləri və bütün xəstələrimizin məhrəmiyyətini qoruyan kamera qeydlərimizi də paylaşmağa hazırıq”


Telegram kanalımız
Seçilən
47
3
yenisabah.az

4Mənbələr