AZ

Nevroloq beyin sağlamlığı üçün faydalı qidalarıAÇIQLADI

Qoz, yağlı balıq, yumurta, giləmeyvə və tünd şokoladın qəbulu insan beynində mikro­dövranın yaxşılaşmasına və neyronların qidalanmasına kömək edir.

Redaktor.az xəbər verir ki, bu barədə həkim-nevroloq Vladimir Martınov life.ru-ya açıqlamasında bildirib.

“Beyin üçün yağlı balıq, yumurta, giləmeyvə və tünd şokolad vacibdir. Bu məhsullar mikro­dövranı yaxşılaşdırır və neyronların qidalanmasını təmin edir”, — deyə mütəxəssis vurğulayıb.

Həkim qeyd edib ki, qoz-fındıq da beyin üçün çox faydalıdır, çünki onların tərkibində omeqa-3 yağ turşuları, maqnezium və antioksidantlar var. Martınov xüsusilə qozu insan orqanizmi üçün ən faydalı çərəzlərdən biri adlandırıb.

Aytəkin TOFİQQIZI

Seçilən
36
1
redaktor.az

2Mənbələr