Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qoz, yağlı balıq, yumurta, giləmeyvə və tünd şokoladın qəbulu insan beynində mikrodövranın yaxşılaşmasına və neyronların qidalanmasına kömək edir.
Redaktor.az xəbər verir ki, bu barədə həkim-nevroloq Vladimir Martınov life.ru-ya açıqlamasında bildirib.
“Beyin üçün yağlı balıq, yumurta, giləmeyvə və tünd şokolad vacibdir. Bu məhsullar mikrodövranı yaxşılaşdırır və neyronların qidalanmasını təmin edir”, — deyə mütəxəssis vurğulayıb.
Həkim qeyd edib ki, qoz-fındıq da beyin üçün çox faydalıdır, çünki onların tərkibində omeqa-3 yağ turşuları, maqnezium və antioksidantlar var. Martınov xüsusilə qozu insan orqanizmi üçün ən faydalı çərəzlərdən biri adlandırıb.
Aytəkin TOFİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.