AZ

Karapetyanın tərəfdarları “Güclü Ermənistan” partiyası yaratdılar


Ermənistanda iş adamı Samvel Karapetyanın tərəfdarları “Güclü Ermənistan" adlı partiyanı qeydiyyatdan keçiriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Ermənistan Dövlət Reyestrinə istinadla məlumat yayıb.
Məlumata görə, yeni siyasi qüvvə hazırda ev dustaqlığında olan Karapetyanın ailəsi tərəfindən yaradılan “Öz Yolumuzla” hərəkatının bazasında yaradılıb.
Hərəkatın mətbuat katibi Marianna Kaqramanyan partiyanın yaradılması ilə bağlı təşkilati işlərin son mərhələdə olduğunu bildirib.
Siyasi qüvvə tezliklə ölkənin inkişafı üçün konkret gündəliyini və proqramını təqdim edəcək.
Seçilən
140
1
yeniavaz.com

2Mənbələr