
Ermənistanda iş adamı Samvel Karapetyanın tərəfdarları “Güclü Ermənistan" adlı partiyanı qeydiyyatdan keçiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Ermənistan Dövlət Reyestrinə istinadla məlumat yayıb.
Məlumata görə, yeni siyasi qüvvə hazırda ev dustaqlığında olan Karapetyanın ailəsi tərəfindən yaradılan “Öz Yolumuzla” hərəkatının bazasında təsis olunub.
Hərəkatın mətbuat katibi Marianna Kaqramanyan partiyanın yaradılması ilə bağlı təşkilati işlərin son mərhələdə olduğunu bildirib.
Siyasi qüvvə tezliklə ölkənin inkişafı üçün konkret gündəliyini və proqramını təqdim edəcək.