AZ

Azərbaycan güləşçiləri ilin ilk təlim-məşq toplanışlarına başlayıblar

Güləş üzrə milli komandalar 2026-cı ilin ilk təlim-məşq toplanışlarına start veriblər.

Apasport.az xəbər verir ki, 7–11 yanvar tarixlərində keçirilən Azərbaycan çempionatından sonra milli komandaların heyəti müəyyənləşib və hazırlıq mərhələsinə start verilib.

Belə ki, yunan-Roma güləşi üzrə milli komanda yanvarın 14–dən, sərbəst güləş üzrə yığma isə yanvarın 18-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

Yunan-Roma güləşçiləri ayın 25-dək, sərbəst güləşçilər isə yanvarın 31-dək Göygöldə daha çox fiziki hazırlığın yüksəldilməsinə hesablanmış hazırlıq prosesini davam etdirəcəklər. Toplanışın gedişində taktiki-texniki çalışmalara da yer ayrılacaq.

Qadın güləşi üzrə milli isə bu gün Bakıda bir araya gəlib. Güləş Federasiyasının qadın güləşi üzrə təlim-məşq bazasında təşkil edilən toplanış fevralın 3-də yekunlaşacaq.

Qeyd edək ki, növbəti aydan beynəlxalq yarışlarda iştirak nəzərdə tutulub. Qadın güləşçilər 2026-cı ilə ilk reytinq turniri sayılan “Zaqreb Open”lə (4-8 fevral) start verəcək. Kişilərdən ibarət komandalarımız isə növbəti reytinq turnirində – Tiranada keçiriləcək Muhamet Malo Memorialında (25 fevral – 1 mart) debüt edəcəklər.

Sərbəst güləş üzrə ölkə çempionatında daha 5 çəkidə finalçılar müəyyənləşib

Ölkə çempionatı: Sərbəst güləşdə 5 çəkidə qaliblər müəyyənləşdi

Ölkə çempionatında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb

Sərbəst güləş üzrə ölkə çempionatının ilk finalçıları müəyyənləşib

Yunan-Roma güləşi üzrə 5 çəkidə ölkə çempionları müəyyənləşib - FOTO

Seçilən
62
9
apasport.az

10Mənbələr