AZ

"Fənərbağça"nın sabiq futbolçusu baş məşqçi vəzifəsindən ayrıldı

Braziliya B Seriyası təmsilçisi "Operario Ferroviario" baş məşqçisi Aleks de Souza ilə yollarını ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri - Xuan Kavalkanti və Ze Roberto da komanda ilə vidalaşıblar.

Qeyd edək ki, Aleks de Souza 2004-cü ildən 2012-ci ilə qədər Türkiyənin "Fənərbağça" klubunun şərəfini qoruyub və 245 matçda 136 qol vurub. O, həmçinin 1998-2005-ci illər aralığında Braziliya millisində də çıxış edib.

Seçilən
82
50
unikal.az

10Mənbələr