"Galatasaray"ın baş məşqçisi Okan Burukun "Atletiko Madrid" matçında geyindiyi ayaqqabılar sosial mediada böyük müzakirələrə səbəb olub.
"Unikal" xəbər verir ki, oyundan sonra paylaşılan şəkillərdə ayaqqabılar diqqət çəkib və istifadəçilər arasında qarışıq reaksiyalara səbəb olub.
Bəziləri dizaynı yöndəmsiz və qeyri-adi hesab edib, bəziləri isə Burukun stilini müdafiə edib.