AZ

Yüksək Liqa: “Gənclər” “Abşeron”a da uduzdu – ARENA.AZ

Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün daha bir matç keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyununda “Gənclər” və “Abşeron” komandaları üz-üzə gəliblər.

8-ci turdan təxirə salınmış görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub. Oyun “Abşeron”un 3:0 (25:17, 25:16, 25:13) hesablı qələbəsi ilə başa çatıb.

Yüksək Liqa
8-ci turun oyunu
18 yanvar

“Gənclər” – “Abşeron” 0:3 (17:25, 16:25, 13:25)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

Beləliklə, 8 turdan sonra Azərbaycan çempionatının rurnie cədvəlindəki vəziyyət belədir:

  1. Turan – 24 xal
  2. DH Volley – 18 xal
  3. UNEC – 17 xal
  4. Milli Aviasiya Akademiyası – 14 xal
  5. Gəncə 11 – xal
  6. Azərreyl – 11 xal
  7. Abşeron – 9 xal
  8. Murov – 4 xal
  9. Gənclər – 0 xal
Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
18
7
arena.az

10Mənbələr