AZ

Azərbaycanda 15 bankın biznes kredit portfeli böyüyüb

2025-ci ilin yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin illik artım dinamikası açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bəzi bankların sahibkarlara ayırdığı vəsaitlərin həcmində kəskin artım müşahidə olunub.

Renkinqə "Bank Melli İran" Bakı filialı başçılıq edir. Bankın biznes kredit portfeli illik müqayisədə 4,9 dəfə artaraq mütləq ifadədə 1 milyon 302 min manat böyüyüb.

İkinci yerdə "AFB Bank" ASC qərarlaşıb – burada artım 76,5% və ya 68 milyon 860 min manat olub.

"Yapı Kredi Bank Azərbaycan" QSC 64,3% artım tempi ilə üçüncü sırada yer alıb (mütləq artım 120 milyon 760 min manat). "Ziraat Bank Azərbaycan" ASC-də isə portfel 39,5% və ya 196 milyon 641 min manat artıb və dördüncü olub.

Digər banklardakı artım göstəriciləri aşağıdakı kimidir:

"Unibank KB" ASC biznes kreditlərini 26,9% (117 milyon 648 min manat), "Expressbank" ASC isə 20,5% (33 milyon 845 min manat) artırıb.

"Azərbaycan Sənaye Bankı" ASC-də artım 15,4% (41 milyon 164 min manat) təşkil edib. "Yelo Bank" ASC 14,7% (86 milyon 343 min manat) artımla siyahıda yer alıb.

Mütləq ifadədə ən böyük artım "Azərbaycan Beynəlxalq Bankı" ASC-də qeydə alınıb – 435 milyon 747 min manat. Faizlə artım isə 14,0% olub.

"AccessBank" QSC portfelini 13,4% (120 milyon 990 min manat), "Bank of Baku" ASC 12,1% (16 milyon 33 min manat), "Bank Respublika" ASC isə 10,1% (101 milyon 989 min manat) artırıb.

Siyahının sonrakı pillələrində "Rabitəbank" ASC (4,8% və ya 19 milyon 152 min manat), "PAŞA Bank" ASC (3,7% və ya 111 milyon 432 min manat) və "Kapital Bank" ASC (1,6% və ya 26 milyon 790 min manat) yer alıb.

Seçilən
2
4
fed.az

6Mənbələr