AZ

Azərbaycanda 17 bankın ipoteka kredit portfeli böyüyüb

2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların ipoteka kredit portfelinin illik artım dinamikası açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bəzi bankların daşınmaz əmlak kreditləşməsi üzrə portfelində kəskin artım müşahidə olunub.

Renkinqə "AccessBank" QSC və "Bank Melli İran" Bakı filialı başçılıq edir. Hər iki bankın ipoteka portfeli illik müqayisədə 2,1 dəfə artıb. Mütləq ifadədə artım "AccessBank"da 11 milyon 632 min manat, "Bank Melli İran"da isə 70 min manat təşkil edib.

Üçüncü yerdə "Ziraat Bank Azərbaycan" ASC qərarlaşıb – burada artım 61,0% və ya 16 milyon 28 min manat olub.

"Yapı Kredi Bank Azərbaycan" QSC 28,7% artım tempi ilə dördüncü sırada yer alıb (mütləq artım 13 milyon 770 min manat). "Bank of Baku" ASC-də isə portfel 28,1% və ya 13 milyon 586 min manat artıb.

Digər banklardakı artım göstəriciləri aşağıdakı kimidir:

"Rabitəbank" ASC ipoteka kreditlərini 19,0% (29 milyon 545 min manat), "Azərbaycan Sənaye Bankı" ASC isə 17,4% (3 milyon 689 min manat) artırıb.

"Yelo Bank" ASC-də artım 16,4% (13 milyon 822 min manat) təşkil edib. "Bank Respublika" ASC 15,8% (23 milyon 89 min manat) artımla siyahıda yer alıb.

"Xalq Bank" ASC portfelini 15,6% (71 milyon 673 min manat), "PAŞA Bank" ASC 15,5% (32 milyon 627 min manat), "Bank VTB (Azərbaycan)" ASC isə 13,7% (7 milyon 836 min manat) artırıb.

Mütləq ifadədə ən böyük artım "Azərbaycan Beynəlxalq Bankı" ASC-də qeydə alınıb – 107 milyon 903 min manat. Faizlə artım isə "Expressbank" ASC ilə eyni səviyyədə – 7,5% təşkil edib ("Expressbank"da mütləq artım 8 milyon 504 min manat olub).

Siyahının sonrakı pillələrində "Azər Türk Bank" ASC (7,2% və ya 13 milyon 960 min manat) və "TuranBank" ASC (5,0% və ya 6 milyon 510 min manat) yer alıb.

Renkinqi "Unibank KB" ASC tamamlayır. Bankın ipoteka portfeli 3,8% və ya 3 milyon 782 min manat artıb.

Seçilən
3
4
fed.az

6Mənbələr