Bakı. Trend:
Uzunmüddətli qrup diet proqramları zamanı dəmir, vitamin B12,fol turşusu, D vitamini, kalsium, maqnezium və sink çatışmazlığıriski artır.
Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyininmütəxəssi-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə bu mikroelementlər yalnız metabolikproseslər üçün deyil, eyni zamanda immun sisteminшт normalfəaliyyəti üçün də həyati əhəmiyyət daşıyır:
“Zülal çatışmazlığı isə anticisimlərin sintezini və immunhüceyrələrin yenilənməsini zəiflədir. Elmi tədqiqatlar göstərir ki,uzun müddət davam edən aşağı kalorili və balanssız dietlər immunsistemin funksional qabiliyyətini azaldır. Enerji defisiti fonundaT-limfositlərin aktivliyi azalır, infeksiyalara qarşı müqavimətzəifləyir və sağalma müddəti uzanır. Bu vəziyyət xüsusilə stressaltında olan, intensiv işləyən və ya xroniki xəstəliyi olaninsanlarda daha qabarıq şəkildə özünü göstərir”.
Mütəxəssis-ekspert qeyd edib ki, qrup diet proqramlarının digərmühüm mənfi cəhəti hormonal balansın pozulmasıdır:
“Çox aşağı kalorili qidalanma kortizol səviyyəsinin artmasına,qalxanabənzər vəz hormonlarının azalmasına və reproduktiv sistemdədisfunksiyalara səbəb ola bilər. Qadınlarda menstrual siklinpozulması, kişilərdə isə testosteron səviyyəsinin azalması hallarımüşahidə oluna bilər. Bu hormonal dəyişikliklər həm immun sistemə,həm də ümumi sağlamlıq vəziyyətinə mənfi təsir göstərir. Psixolojiaspekt də nəzərdən qaçırılmamalıdır. Qrup diet proqramlarındauğursuzluq hissi, müqayisə və təzyiq bəzi insanlarda stressiartırır, qida ilə qeyri-sağlam münasibət formalaşdırır və yeməkpozuntularına zəmin yaradır. Psixoloji stress isə immun sisteminzəifləməsi ilə birbaşa əlaqəlidir”.
E.Məmmədov bildirib ki, nəticə etibarilə, qrup diet proqramlarıqısa müddətdə motivasiya və intizam yarada bilsə də, uzunmüddətliperspektivdə fərdi xüsusiyyətlər nəzərə alınmadıqda sağlamlıqproblemlərinə və immun sistemin zəifləməsinə səbəb ola bilər:
“Elmi yanaşmaya əsasən, diet proqramları fərdi tibbiqiymətləndirmə əsasında, həkim və ya klinik dietoloq nəzarətialtında planlaşdırılmalıdır. Sağlam qidalanmanın əsas prinsipibalanslı, müxtəlif və fərdiləşdirilmiş yanaşmadır”.