AZ

İmmun sistemimiz təhlükədədir - AÇIQLAMA

"Elmi tədqiqatlar göstərir ki, uzun müddət davam edən aşağı kalorili və balanssız dietlər immun sistemin funksional qabiliyyətini azaldır".

Milli.Az xəbər verir ki, bu sözləri canlı yayımda Səhiyyə Nazirliyinin  mütəxəssi-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

Onun sözlərinə görə, enerji defisiti fonunda T-limfositlərin aktivliyi azalır, infeksiyalara qarşı müqavimət zəifləyir və sağalma müddəti uzanır:

"Bu vəziyyət xüsusilə stress altında olan, intensiv işləyən və ya xroniki xəstəliyi olan insanlarda daha qabarıq şəkildə özünü göstərir".

Ekspert qeyd edib ki, qrup diet proqramlarının digər mühüm mənfi cəhəti hormonal balansın pozulmasıdır.

E.Məmmədov bildirib ki, qrup diet proqramları qısa müddətdə motivasiya və intizam yarada bilsə də, uzunmüddətli perspektivdə fərdi xüsusiyyətlər nəzərə alınmadıqda sağlamlıq problemlərinə və immun sistemin zəifləməsinə səbəb ola bilər:

"Elmi yanaşmaya əsasən, diet proqramları fərdi tibbi qiymətləndirmə əsasında, həkim və ya klinik dietoloq nəzarəti altında planlaşdırılmalıdır. Sağlam qidalanmanın əsas prinsipi balanslı, müxtəlif və fərdiləşdirilmiş yanaşmadır".

Nəzərə çatdırıb ki, uzunmüddətli qrup diet proqramları zamanı dəmir, vitamin B12, fol turşusu, D vitamini, kalsium, maqnezium və sink çatışmazlığı riski artır.

Onun sözlərinə görə bu mikroelementlər yalnız metabolik proseslər üçün deyil, eyni zamanda immun sisteminin normal fəaliyyəti üçün də həyati əhəmiyyət daşıyır.

Mina Mikayılova
Milli.Az

Seçilən
63
2
milli.az

4Mənbələr