AZ

Qurban Qurbanov qərəzli baş hakim barədə: Prezident İlham Əliyev lazım olan şərhi verib

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

"Prezident İlham Əliyev oyunun baş hakimi haqqında lazım olan şərhi verib".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda oynanılan "Qarabag" - "Ayntraxt Frankfurt" matçından sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O, Prezident İlham Əliyevə göstərdiyi dəstəyə görə təşəkkür edib:

"Mən də öz növbəmdə qələbə münasibətilə cənab Prezident İlham Əliyevi təbrik edirəm. Bizə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Qarşılaşmanın baş hakimi Sandro Şererin haqsız qərarları ilə bağlı lazım olan bütün fikirləri prezident bildirdi. Məncə, onun sözlərindən sonra əlavə şərhə ehtiyac yoxdur. Təbii ki, mən də oyun sırasında əsəbiləşmişdim, lakin sonradan hirsim soyudu".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 3:2 "Qarabağ"ın qələbəsi ilə başa çatıb.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
news.milli.az

10Mənbələr