AZ

1 ailənin 4 üzvü dəm qazından zəhərləndi

Sumqayıt şəhərinin Xəzər bağları ərazisində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki,1979-cu il təvəllüdlü Əliyev Emin Məhəmməd oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Günel Səməndər qızı, 2009-cu il təvəllüdlü Əliyev Məhəmməd Emin oğlu və 2012-ci il təvəllüdlü Əliyeva Mədinə Emin qızı zəhərlənmə diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Hazırda onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Seçilən
67
8
metbuat.az

10Mənbələr