AZ

Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi – ADLAR

Sumqayıt şəhərinin Xəzər bağları ərazisində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

Məlumata görə, 1979-cu il təvəllüdlü Əliyev Emin Məhəmməd oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Günel Səməndər qızı, 2009-cu il təvəllüdlü Əliyev Məhəmməd Emin oğlu və 2012-ci il təvəllüdlü Əliyeva Mədinə Emin qızı zəhərlənmə əlamətləri ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Həkimlərin verdiyi məlumata əsasən, zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Turab

Seçilən
105
8
nocomment.az

10Mənbələr