AZ

Rəhman Mustafayev Rusiya MN-də görüş keçirdi

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Müdafiə Nazirliyində olub və nazir müavini Vasili Osmakovla görüşüb.

"Unikal" xəbər verir ki, bu  barədə TASS məlumat yayıb.

Bildirilir ki,  görüş zamanı müdafiə nazirlikləri arasında Azərbaycan-Rusiya əməkdaşlığının cari məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu il üçün təmasların və qarşılıqlı səfərlərin cədvəli müzakirə edilib.

Qeyd olunur ki, hər iki tərəf 22 fevral 2022-ci il tarixli Müttəfiq Qarşılıqlı Əlaqə haqqında Bəyannaməyə uyğun olaraq hərbi-siyasi və hərbi-texniki sahələrdə ikitərəfli dialoq və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair konstruktiv öhdəliklərini bir daha təsdiqləyiblər.

Gülayə Mecid 

Seçilən
83
3
unikal.az

10Mənbələr