AZ

Azərbaycan səfiri Rusiya MN-də görüş keçirdi

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Müdafiə Nazirliyində olub və nazir müavini Vasili Osmakovla görüşüb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, görüş zamanı müdafiə nazirlikləri arasında Azərbaycan-Rusiya əməkdaşlığının cari məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu il üçün təmasların və qarşılıqlı səfərlərin cədvəli müzakirə edilib.

Qeyd olunur ki, hər iki tərəf 22 fevral 2022-ci il tarixli Müttəfiq Qarşılıqlı Əlaqə haqqında Bəyannaməyə uyğun olaraq hərbi-siyasi və hərbi-texniki sahələrdə ikitərəfli dialoq və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair konstruktiv öhdəliklərini bir daha təsdiqləyiblər.

Seçilən
60
5
bakivaxti.az

10Mənbələr