AZ

Polislər 6 avtomat və 1 pulemyot aşkarladı

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 21-i polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 2 tapança, 22 qumbara, 34 tüfəng aşkar edib.

Bundan başqa, 20 patron darağı və 1146 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
66
13
qafqazinfo.az

10Mənbələr