AZ

Polislər 6 avtomat və 1 pulemyot aşkarladı

DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

"Cebheinfo.az" xəbər verir ki, yanvarın 21-i polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 2 tapança, 22 qumbara, 34 tüfəng aşkar edib.

Bundan başqa, 20 patron darağı və 1146 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.

"Cebheinfo.az"

Seçilən
25
13
cebheinfo.az

10Mənbələr