AZ

Hollandiyanın Baş naziri: “Qrenlandiya satılmır”

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

“ABŞ Qrenlandiya üzərində nəzarəti ələ keçirə bilməyəcək”

“ABŞ Qrenlandiya üzərində nəzarəti ələ keçirə bilməyəcək, çünki ada satılmır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Hollandiyanın Baş naziri Dik Şof ABŞ Prezidenti Donald Trampın RTL televiziyasında verdiyi açıqlamaya cavabında deyib.

"Bildiyim qədəri ilə Qrenlandiya satılmır. Bu, Danimarka Krallığına aiddir və mən həmişə başa düşmüşəm ki, onun belə bir addım atmaq niyyəti yoxdur", - deyə o bildirib.

Baş nazirin sözlərinə görə, Hollandiya bu məsələdə Danimarkanın mövqeyini tam dəstəkləyir.

Şof vurğulayıb ki, Trampın sayəsində Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında münasibətlər "heç vaxt əvvəlki kimi olmayacaq".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
42
ayna.az

10Mənbələr