AZ

Trampla qarşıdurmaya getmək risklidir - İtaliyanın baş naziri

İtaliyanın Baş naziri Giorgia Meloni Avropa İttifaqındakı həmkarlarına ABŞ Prezidenti Donald Trump ilə açıq qarşıdurmaya getməyin riskli olduğunu bildirib və bunun Avropa ilə ABŞ arasında ciddi münaqişəyə yol aça biləcəyini vurğulayıb.


Bu barədə Politiconun Avropa nəşri cümə axşamı Brüsseldə keçirilən Aİ sammitində aparılan qapalı danışıqlar barədə məlumatlı olan dörd mənbəyə istinadən xəbər verib.
Məlumata görə, Meloni sammit zamanı Aİ liderlərini təmkinli olmağa çağıraraq Trampın davranışlarını “tamamilə gözlənilməz” kimi qiymətləndirməməyi tövsiyə edib.


Başqa bir mənbənin sözlərinə görə, Aİ liderlərinin böyük əksəriyyəti son bir neçə həftəni Avropa üçün dönüş nöqtəsi kimi xarakterizə edib və qitənin əsas maraqlarını qorumaq məqsədilə bir neçə istiqamətdə sürətli və koordinasiyalı addımların atılmasının vacibliyini vurğulayıb.

Seçilən
19
42
anews.az

10Mənbələr