Bakı.Trend:
İl ərzində Kür çayının Qıraq Kəsəmən və Qanıx çayının Cəlayirməntəqələrində sululuq normaya yaxın olmuş, Araz çayının Qıvraqməntəqəsində normanın 59 %-ni, Samur çayında 67, Bərgüşadçayda 54,Oxçuçayda 66, Bəsitçayda isə 72%-ni təşkil edib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq ADSEA yanında Sularınİstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumatverilib.
Bildirilib ki, yerli çaylarda - Kiçik QafqazınDaşkəsən-Gədəbəy-Göygöl rayonlarının ərazisindən axan Zəyəmçay,Kürəkçay, Gəncəçay çaylarında sululuq normanın 39-92 %-ni, Qarabağvə Şərqi Zəngəzur İqtisadi rayonunun ərazisindən axan Tərtərçay,Həkəriçay, Zabuxçay, Tutqunçay çaylarında 51-86, Naxçıvan MRərazisindən axan Naxşıvançay və Əlincəçay çaylarında normanın 55-71%-ni, Böyük Qafqazın Balakən-Şəki, Oğuz-Qəbələ və Quba-Qusarrayonlarının ərazisindən axan Balakənçay, Talaçay, Kürmükçüy,Əyriçay, Girdimançay, Qudiyalçay və Vəlvələçay çaylarında normanın60-155 %-ni, Lənkəran-Astara bölgəsinin ərazisindən axanLənkərançayda isə normanın 20%-ni təşkil edib.