AZ

Ötən il çaylarda suyun səviyyəsi necə dəyişib?

2025-ci il ərzində Kür çayının Qıraq Kəsəmən və Qanıx çayının Cəlayir məntəqələrində sululuq normaya yaxın olmuş, Araz çayının Qıvraq məntəqəsində normanın 59 %-ni, Samur çayında 67, Bərgüşadçayda 54, Oxçuçayda 66, Bəsitçayda isə 72%-ni təşkil edib.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, yerli çaylarda - Kiçik Qafqazın Daşkəsən-Gədəbəy-Göygöl rayonlarının ərazisindən axan Zəyəmçay, Kürəkçay, Gəncəçay çaylarında sululuq normanın 39-92 %-ni, Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonunun ərazisindən axan Tərtərçay, Həkəriçay, Zabuxçay, Tutqunçay çaylarında 51-86, Naxçıvan MR ərazisindən axan Naxşıvançay və Əlincəçay çaylarında normanın 55-71 %-ni, Böyük Qafqazın Balakən-Şəki, Oğuz-Qəbələ və Quba-Qusar rayonlarının ərazisindən axan Balakənçay, Talaçay, Kürmükçüy, Əyriçay, Girdimançay, Qudiyalçay və Vəlvələçay çaylarında normanın 60-155 %-ni, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda isə normanın 20%-ni təşkil edib.

Seçilən
8
1
day.az

2Mənbələr