AZ

Avtomobili olmayanlara sürücülük vəsiqəsi verilmir?

Sürücülük vəsiqəsi və onun dəyişdirilməsi qaydaları qanunvericiliklə dəqiq tənzimlənir. Lakin bəzi vətəndaşlar düşünür ki, sürücülük hüququndan uzun müddət istifadə etməyiblərsə və ya adlarına hər hansı nəqliyyat vasitəsi rəsmiləşdirilməyibsə, sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatdıqda ona yeni sürücülük vəsiqəsi verilməyə bilər. Bəs bu, doğrudur?Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Metbuat.az-a açıqlamasında bildirib ki, qanunda və praktikada belə bir hal yoxdur: “Sürücülük vəsiqəsi şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən rəsmi sənəddir və bu hüququn avtomobilə mülkiyyət və ya etibarnamə ilə heç bir hüquqi bağlılığı yoxdur. Azərbaycan qanunvericiliyinə əsasən, sürücülük vəsiqəsinin yenilənməsi yalnız onun etibarlılıq müddətinin başa çatması, sağlamlıqla bağlı tibbi arayışın təqdim edilməsi, tələb olunan dövlət rüsumlarının ödənilməsi və sənədlərin düzgün şəkildə təqdim olunması ilə bağlıdır. Əgər şəxsin sürücülük vəsiqəsinin vaxtı bitibsə, o, ASAN xidmətə müraciət edərək vəsiqəsini yeniləyə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
29
50
metbuat.az

10Mənbələr