AZ

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 23-də ölkə ərazisində qeydə alınan 81, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 29 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Seçilən
51
41
azertag.az

10Mənbələr