Britaniya hökuməti terrorizm, mütəşəkkil cinayətkarlıq və fırıldaqçılıqla mübarizə aparacaq yeni qurum — Milli Polis Xidmətinin yaradılmasını planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud yeni qurumu ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) analoqu kimi xarakterizə edib.