AZ

Bakı-Supsa boru kəməri ilə neft daşınmasa dayandırılıb

2025-ci ildə Azərbaycan 12,1 milyard dollardan çox dəyərində təxminən 23,4 milyon ton xam neft və neft məhsulları ixrac edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən məlumat verib.

Məlumata əsasən, 2024-cü ilin analoji dövrü ilə müqayisədə pul ifadəsində göstərici 2,3 milyard dollar (16,2 faiz) azalıb, həcm ifadəsində isə 215 min ton (0,9 faiz) artıb.

Yanvar–noyabr aylarında Azərbaycan neftinin əsas idxalçıları arasında ilk üçlükdə İtaliya liderdir (13,1 milyon ton, 6,7 milyard dollar dəyərində), onun ardınca Çexiya (1,4 milyon ton, 742,2 milyon dollar dəyərində) və Xorvatiya (1,3 milyon ton, 666,6 milyon dollardan çox dəyərində) olub.

Cədvəldə 2025-ci ildə Azərbaycandan xam neft və neft məhsullarının ən böyük 10 idxalçısı göstərilib:

Ölkəİdxal həcmiİdxal məbləği (ABŞ dolları ilə)
İtaliya13 111 475,616 727 698 250
Çexiya1 405 059,25742 159 080
Xorvatiya1 255 021,16666 587 010
Rumıniya1 122 055,58598 454 150
Almaniya956 716,48502 018 650
Portuqaliya803 374,35430 730 820
Yunanıstan702 354,87367 729 040
Böyük Britaniya648 255,19336 954 560
İrlandiya577 056,93289 696 230
Tunis432 028,56227 895 520

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarlarına üç boru kəməri ilə nəql olunur: Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC). Hazırda Bakı-Supsa boru kəməri ilə daşınma dayandırılıb.

AzPost.az

Seçilən
11
3
azpost.info

10Mənbələr