Yazını böyüt
Yazını kiçilt
2025-ci ildə Azərbaycan 12,1 milyard dollardan çox dəyərində təxminən 23,4 milyon ton xam neft və neft məhsulları ixrac edib.
Bu barədə Hafta.az Dövlət Gömrük Komitəsinə istinadən məlumat verib.
Məlumata əsasən, 2024-cü ilin analoji dövrü ilə müqayisədə pul ifadəsində göstərici 2,3 milyard dollar (16,2 faiz) azalıb, həcm ifadəsində isə 215 min ton (0,9 faiz) artıb.
Yanvar-noyabr aylarında Azərbaycan neftinin əsas idxalçıları arasında ilk üçlükdə İtaliya liderdir (13,1 milyon ton, 6,7 milyard dollar dəyərində), onun ardınca Çexiya (1,4 milyon ton, 742,2 milyon dollar dəyərində) və Xorvatiya (1,3 milyon ton, 666,6 milyon dollardan çox dəyərində) olub.