AZ

Liqa 1: “Nant”, “Lill” və “Mets” evdə darmadağına üzüldülər – ARENA.AZ

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 19-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Paris” – “Anje” matçında qapılara qol vurulmayıb. “Nant” evdə “Nitsa”ya, “Brest” “Tuluza”ya, “Mets” Lion “Olimpik”inə, “Lill” isə “Strasburq”a məğlub olub.

Beləliklə, geridə qalmış 19 turdan sonra 45 xala malik PSJ vahid liderdir. “Lans” 43 xalla ikinci, Marsel “Olimpik”i 38 xalla üçüncü pillədə qərarlaşıb. Lion “Olimpik”i 36, “Lill” 42, “Renn” 31 xal toplayıb.

Fransa, Liqa 1
19-cu tur
23 yanvar

Oser – PSJ 0:1
Qol: Barkola, 79.

24 yanvar

Renn – Loryan 0:2
Qollar: Makenqo, 3. Paqis, 77.

Havr – Monako 0:0

Olimpik (Marsel) – Lans 3:1
Qollar: Quiri, 3; 75. Nvaneri, 13 – Fofana, 85.

25 yanvar

Nant – Nitsa 1:4
Qollar: M.Məhəmməd, 45+2 – Ço, 16; 29. Diop, 40. Luşe, 90+3.

Brest – Tuluza 0:2
Qollar: Demba, 27. Qboho, 43.

Mets – Olimpik (Lion) 2:5
Qollar: Kouao, 34. Diallo, 64 – Endrik, 11; 45+1; 87-pen. Kluyvert, 16. Morton, 32.

Paris – Anje 0:0

Lill – Strasburq 1:4
Qollar: Pardo, 90+3 – Panikelli, 25. Enkiso, 26. Qodo, 58; 72.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
53
5
arena.az

10Mənbələr