AZ

Qəbələdə ağır qəza – 28 yaşlı sürücü öldü

Gecə saatlarında Qəbələdə ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələnin Nic qəsəbəsindən keçən hissəsində “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü 28 yaşlı Mətin İbrahimov hadisə yerində ölüb, sərnişini, 2000-ci il təvəllüdlü Kənan Zakirzadə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Seçilən
22
5
konkret.az

10Mənbələr