AZ

Qəbələdə ağır qəza - 28 yaşlı sürücü həlak oldu

Gecə saatlarında Qəbələdə ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələnin Nic qəsəbəsindən keçən hissəsində “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. 

Nəticədə sürücü 28 yaşlı Mətin İbrahimov hadisə yerində ölüb, sərnişini, 2000-ci il təvəllüdlü Kənan Zakirzadə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim.Media

Seçilən
17
5
bizim.media

10Mənbələr