AZ

"Azərbaycana investisiya yatırmaq istəyirik" - İsrailin XİN başçısı

"Biz Azərbaycana investisiya yatırmaq istəyirik”.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkə arasında enerji əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir: “SOCAR İsrailin şirkətindən 10% pay əldə edib. Bu etimadın, münasibətlərin irəliyə aparılmasının nümunəsidir. Azərbaycanda hər zaman yəhudilər sülh şəraitində yaşayıb və yaşamağa davam edir”.

Seçilən
8
5
redaktor.az

7Mənbələr