
“Biz Azərbaycana investisiya yatırmaq istəyirik”.
AFN.az-ın xəbərinə görə, bu sözləri İsrail xarici işlər naziri Gideon Saar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, iki ölkə arasında enerji əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir:
“SOCAR İsrailin şirkətindən 10% pay əldə edib. Bu, etimadın və münasibətlərin irəliyə aparılmasının nümunəsidir.
Azərbaycanda hər zaman yəhudilər sülh şəraitində yaşayıb və yaşamağa davam edir”.