AZ

"Qalatasaray" yeni transferini açıqladı

style='margin-bottom:10px;'>

"Qalatasaray" "Jirona"nın futbolçusu Yaser Asprillanın transferini açıqlayıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, kolumbiyalı vinger mövsümün sonuna qədər icarə əsasında "sarı-qırmızılar"da çıxış edəcək.

Qeyd edək ki, "Jirona" Yaseri 2024-cü ilin avqustunda "Uotford"dan 25 milyon avroya transfer edib. Bu isə klub tarixinin transfer rekordudur. La Liqa təmsilçisi ilə 2030-cu ilə qədər müqaviləsi olan 22 yaşlı futbolçu bu mövsüm 17 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.

Seçilən
18
1
teleqraf.com

5Mənbələr