AZ

Azərbaycan və Özbəkistan arasında birgə elm müsabiqəsi elan edilib

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyi arasında elmi əməkdaşlıq çərçivəsində Azərbaycan və Özbəkistan alimləri üçün birgə elm müsabiqəsi elan olunub.Demokrat.az xəbər verir ki, müsabiqə çərçivəsində aşağıdakı elmi istiqamətlər üzrə birgə elmi layihələrin qəbulu həyata keçiriləcək:energetika, neft-kimya və materialşünaslıq;kənd təsərrüfatı və biotexnologiya;informasiya texnologiyaları, süni intellekt və rəqəmsal transformasiya;ekologiya və ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və su ehtiyatlarının idarə olunması;memarlıq, tikinti, dizayn və şəhərsalma elmləri;farmakologiya və əczaçılıq elmləri.Müsabiqədə iştirak etmək istəyən alimlər layihənin icrası məqsədilə qarşı ölkədən tərəfdaş müəyyən etməli və hər iki ölkənin müsabiqə şərtlərinə uyğun olaraq eyni mövzu üzrə birgə elmi layihə təqdim etməlidirlər. Qeyd olunur ki, müsabiqənin bütün mərhələlərində yalnız hər iki tərəfin müsbət rəyini almış layihələr növbəti mərhələyə buraxılacaq.Azərbaycan tərəfi üzrə elmi layihələrin qəbulu 15 mart 2026-cı il tarixinədək aparılacaq. Layihələr müvafiq forma doldurularaq [email protected]

 elektron poçt ünvanına göndərilməlidir.Müsabiqə ilə bağlı ətraflı məlumatı müvafiq keçid vasitəsilə əldə etmək mümkündür. https://docs.google.com/.../1Hq.../edit...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
7
demokrat.az

8Mənbələr