Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyi arasında elmi əməkdaşlıq çərçivəsində Azərbaycan və Özbəkistan alimləri üçün birgə elm müsabiqəsi elan edilib.
"Cebheinfo.az" xəbər verir ki, müsabiqə çərçivəsində aşağıdakı elmi istiqamətlər üzrə birgə elmi layihələrin qəbulu həyata keçiriləcək:
Müsabiqədə iştirak etmək istəyən alimlər layihənin icrası məqsədilə qarşı ölkədən6 tərəfdaş müəyyən etməli və hər iki ölkənin müsabiqə şərtlərinə uyğun olaraq eyni mövzu üzrə birgə elmi layihə təqdim etməlidirlər. Müsabiqənin bütün mərhələlərində yalnız hər iki tərəfin müsbət rəyini almış layihələr növbəti mərhələyə buraxılacaq.
Azərbaycan tərəfi üzrə elmi layihələrin qəbulu 15 mart 2026-cı il tarixinədək aparılacaq. Layihələr müvafiq forma doldurulmaqla [email protected] elektron poçt ünvanına göndərilməlidir.