"Son illərin statistikası istifadə səviyyəsində artım müşahidə olunduğunu göstərir. Pasiyentlərin sayı 5,4 milyon nəfərə çatıb. İcbari tibbi sığorta çərçivəsində 15,8 milyon müraciət qeydə alınıb".
Zaur Əliyev bildirib ki, 2025-ci ilin ilk 9 ayı ərzində göstərilən tibbi xidmətlərin sayı 44,6 milyon təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9%-ə yaxın artım deməkdir:
-5308492314.jpg)
"Vətəndaşların icbari tibbi sığorta çərçivəsində ən çox üz tutduğu xidmətlər ixtisaslı həkim müayinələri, radioloji və USM xidmətləri, eləcə də ginekoloji xidmətlərdir".
Diaqnoz qrupları üzrə statistikaya toxunan Zaur Əliyev bildirib ki, ən çox göstərilən xidmətlər əsasən xroniki və həyat keyfiyyətinə birbaşa təsir edən xəstəliklərlə bağlıdır:
"Ən çox yayılan xəstəliklər arasında qan dövranı, endokrin, tənəffüs və həzm sistemi xəstəlikləri ön sıralardadır".

Ödəniş strukturuna dair məlumat verən Agentlik sədri diqqətə çatdırıb ki, həm TƏBİB tabeli dövlət
tibb müəssisələrində, həm də özəl tibb müəssisələrində aparıcı diaqnoz qrupları üzrə oxşar tendensiya müşahidə olunur:
"TƏBİB tabeli tibb müəssisələrində əsas maliyyə yükü qan dövranı, həzm və endokrin sistemi xəstəliklərinin payına düşür. Özəl tibb müəssisələrinə yönəldilən ödənişlərdə isə qan dövranı sistemi, göz və gözün əlavə aparatının xəstəlikləri və sümük-əzələ sisteminin xəstəlikləri üstünlük təşkil edir. İl ərzində dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlar sırasında ginekoloji əməliyyatlar, xüsusilə təbii doğuşlar birinci yerdə qərarlaşıb. Pasiyentlərin tez-tez müraciət etdiyi digər əməliyyat isə katarakta əməliyyatı olub. Katarakta əməliyyatlarına tələbatın
yüksək olması səbəbindən dövlət tibb müəssisələri ilə yanaşı Agentliklə müqaviləsi olan özəl
tibb müəssisələri də prosesə cəlb edilir".

Zaur Əliyevin sözlərinə görə, vətəndaşların vaxtında tibbi xidmət almasını təmin etmək məqsədilə bu istiqamətdə özəl tibb müəssisələrinə göndərişlər verilir:
"İcbari tibbi sığortadan özəl tibb müəssisələrində istifadə də artmaqdadır. 2025-ci ildə özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlərin sayı 773 minə yaxın olub ki, bu da ötən illə müqayisədə təxminən 9% artım deməkdir. İl ərzində özəl tibb müəssisələrinə ümumilikdə 308 mindən çox göndəriş verilib. Bu göndərişlərin 85 %-i planlı, 15 %-i isə təcili xarakter daşıyıb. Planlı göndərişlərin ötən illə müqayisədə azalmasının əsas səbəbi radioloji xidmətlərin dövlət tibb müəssisələrində geniş şəkildə təmin olunmasıdır. Təcili göndərişlərdə isə əsas payı ürək-damar xəstəlikləri təşkil
edib".
AzVision.az