AZ

Azərbaycanda hotellərdə yerlərin 75 faizdən çoxu boş qalıb

Azərbaycanda

2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24,4 faiz olub (2024-cü ildə 24,0 faiz).

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici Naftalanda 48,5 faiz, Şabranda 41,7 faiz, Bakıda 36,9 faiz, Qusarda 31,7 faiz, Sabirabadda 27,7 faiz, Lənkəranda 23,3 faiz, Qəbələdə 21,5 faiz, Şamaxıda 20,5 faiz, Bərdədə 19,5 faiz, Qubada 16,6 faiz, Beyləqanda 15,7 faiz, Ağdamda 15,6 faiz, Qaxda 15,5 faiz, Masallıda 15,3 faiz, digər şəhər və rayonlarda isə 15,3 faizdən aşağı olub.

Qeyd edilib ki, 2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü illə müqayisədə 6,7 faiz artaraq 4569,5 min olmuşdur. Gecələmələrin ümumi sayının 58,9 faizi Bakıda, 5,6 faizi Qusarda, 5,1 faizi Naftalanda, 5,0 faizi Xaçmazda, 3,7 faizi Qəbələdə, 3,2 faizi Qubada, 3,0 faizi Lənkəranda, 2,2 faizi Şabranda, 1,5 faizi Şamaxıda, 1,2 faizi Gəncədə, 1,1 faizi Şuşada, 1,1 faizi Masallıda, 1,1 faizi Qaxda, 0,9 faizi Naxçıvan Muxtar Respublikasında və 6,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 11,3 faiz artaraq 2614,3 min olmuşdur ki, bu da ümumi gecələmələrin 57,2 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 13,6 faizi Hindistan, 10,1 faizi Rusiya Federasiyası, 9,3 faizi Türkiyə, 8,3 faizi Səudiyyə Ərəbistanı, 5,6 faizi İsrail, 5,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,9 faizi Pakistan, 3,4 faizi Çin, 3,3 faizi Özbəkistan, 3,2 faizi ABŞ, 2,8 faizi Qazaxıstan, 2,4 faizi Küveyt, 2,2 faizi Böyük Britaniya, 1,3 faizi Almaniya, 1,0 faizi İtaliya, 24,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,1 faizi Bakıda, 6,1 faizi Qusarda, 4,4 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,7 faizi Şamaxıda, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Seçilən
73
9
xalqcebhesi.az

10Mənbələr