AZ

Ötən il hotellərdə yerlərin 75,6 faizi boş qalıb, gəlir azalıb

2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü illə müqayisədə 6,7 faiz artaraq 4 milyon 569,5 minə çatıb.

FED.az biznes və maliyyə xəbərləri protalı bu barədə Dövlət Staistika Komitəsinə istinadən xəbər verir.

Gecələmələrin ümumi sayının 58,9 faizi Bakının payına düşüb. Regionlar üzrə göstəricilərə baxdıqda, Qusarda 5,6 faiz, Naftalanda 5,1 faiz, Xaçmazda 5,0 faiz, Qəbələdə 3,7 faiz, Qubada 3,2 faiz, Lənkəranda 3,0 faiz, Şabranda 2,2 faiz, Şamaxıda 1,5 faiz, Gəncədə 1,2 faiz qeydə alınıb. Şuşa, Masallı və Qax rayonlarının hər birinin payı 1,1 faiz, Naxçıvan Muxtar Respublikasının payı isə 0,9 faiz olub. Digər şəhər və rayonların mehmanxanalarının payına ümumilikdə 6,4 faiz düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 11,3 faiz artaraq 2 milyon 614,3 min olub. Bu göstərici ümumi gecələmələrin 57,2 faizini təşkil edib. Xarici vətəndaşların gecələmələrinin strukturunda Hindistan vətəndaşlarının payı 13,6 faiz, Rusiya Federasiyasının payı 10,1 faiz, Türkiyənin payı 9,3 faiz, Səudiyyə Ərəbistanının payı 8,3 faiz olub. İsrail vətəndaşlarının payı 5,6 faiz, Birləşmiş Ərəb Əmirliklərinin payı 5,1 faiz təşkil edib. Pakistan 3,9 faiz, Çin 3,4 faiz, Özbəkistan 3,3 faiz, ABŞ 3,2 faiz, Qazaxıstan 2,8 faiz, Küveyt 2,4 faiz, Böyük Britaniya 2,2 faiz, Almaniya 1,3 faiz, İtaliya isə 1,0 faiz payla siyahıda yer alıb. Digər ölkələrin vətəndaşlarının payı ümumilikdə 24,5 faiz olub.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin əsas hissəsi Bakıda cəmləşib. Xarici vətəndaşların gecələmələrinin 81,1 faizi Bakıda qeydə alınıb. Qusar rayonunun payı 6,1 faiz, Naftalanın payı 4,4 faiz, Qəbələnin payı 3,2 faiz, Qubanın payı isə 2,4 faiz olub. Şamaxıda bu göstərici 0,7 faiz təşkil edib. Digər şəhər və rayonların payına isə ümumilikdə 2,1 faiz düşüb.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 1,1 faiz artaraq 1 milyon 955,2 min olub. Yerli vətəndaşların gecələmələri ümumi göstəricinin 42,8 faizini təşkil edib.

2025-ci ildə mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü illə müqayisədə 5,9 faiz azalaraq 653,0 milyon manat olub. Gəlirlərin 61,8 faizi nömrələrin təqdim olunması üzrə xidmətlərdən formalaşıb. İctimai iaşə xidmətlərinin payı 27,2 faiz, müalicə və sağlamlıq xidmətlərinin payı 2,9 faiz, digər xidmətlərin payı isə 8,1 faiz təşkil edib.

2025-ci ildə mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24,4 faiz olub. 2024-cü ildə bu göstərici 24,0 faiz təşkil etmişdi. Regionlar üzrə ən yüksək istifadə səviyyəsi Naftalanda qeydə alınıb və 48,5 faizə çatıb. Şabranda bu göstərici 41,7 faiz, Bakıda 36,9 faiz, Qusarda 31,7 faiz, Sabirabadda 27,7 faiz olub. Lənkəranda tutumdan istifadə səviyyəsi 23,3 faiz, Qəbələdə 21,5 faiz, Şamaxıda 20,5 faiz, Bərdədə 19,5 faiz qeydə alınıb. Qubada bu göstərici 16,6 faiz, Beyləqanda 15,7 faiz, Ağdamda 15,6 faiz, Qaxda 15,5 faiz, Masallıda isə 15,3 faiz olub. Digər şəhər və rayonlarda mehmanxanaların tutumundan istifadə səviyyəsi 15,3 faizdən aşağı olub.

Seçilən
81
9
fed.az

10Mənbələr