“Arsenal” hücum xəttini dünya ulduzu ilə gücləndirmək niyyətindədir.
Msport.az xəbər verir ki, “topçular” “Atletiko”nun argentinalı forvardı Xulian Alvaresi transfer etmək üçün 80 milyon funt-sterlinq xərcləməyə hazırdır.
İspaniya klubu bu məbləğ qarşılığında dünya çempionunun gedişinə razılıq verə bilər. Lakin Alvaresin transferi “Arsenal”ın digər hədəfi olan Entoni Qordon planlarını təxirə sala bilər. Çünki London təmsilçisi eyni transfer pəncərəsində iki böyük büdcəli keçid etməyə meyilli deyil.
Qeyd edək ki, Alvares cari mövsümdə “Atletiko”nun heyətində çıxış etdiyi 29 matçda 11 qol və 5 asistlə fərqlənib.