AZ

Arsenal argentinalı hücumçu ilə maraqlanır

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İngiltərənin "Arsenal" klubu "Atletiko"nun hücumçusu Xulian Alvaresi transfer etməkdə maraqlıdır. Sport24.az  xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Arsenal"ın idman direktoru Andrea Berta 2024-cü ildə "Atletiko"da çalışarkən Alvaresi "Mançester Siti"dən 82 milyon funt sterlinq qarşılığında transferini şəxsən reallaşdırmışdı. Berta hazırda argentinalı hücumçu ilə yenidən bir araya gəlmək ehtimalını ciddi şəkildə dəyərləndirir.

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə Madrid təmsilçinin heyətində 30 oyun keçirib 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
72
33
sport24.az

10Mənbələr